Noutbukun ömrünü 5 il uzatmaq üçün  bu vərdişdən imtina edin
29 may 2025 18:53 (UTC +04:00)

Noutbukun ömrünü 5 il uzatmaq üçün bu vərdişdən imtina edin

Noutbuklar çox vaxt texniki nasazlıqlardan deyil, zərərsiz görünən bir vərdişdən sıradan çıxır. Söhbət yumşaq səthlərdə - divan, çarpayı, yastıq üzərində işləməkdən gedir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, cihaz parça və ya örtük üzərində dayandıqda, havalandırma dəlikləri bağlanır və isti hava çölə çıxa bilmir.

Nəticədə, korpusun içində temperatur yüksəlir, prosessor və videokart qızır, çip və radiator arasındakı termopasta quruyur. Bu, performansın azalmasına (trottlinq) və zamanla komponentlərin sıradan çıxmasına səbəb olur.

Qızma — tək problem deyil. Yumşaq səthlərdən toz və tük ventilyatorlar vasitəsilə cihazın içinə çəkilir, ana plata üzərində yığılır və soyuducunu tıxayır.

Qat-qat kir istilik izolyatoru kimi fəaliyyət göstərir. Hətta yarım ildə bir dəfə təmizləmə belə, əgər noutbuk hər gün xalça üzərində işləyirsə, vəziyyəti xilas etmir.

Həlli sadədir: sərt dayaq və ya heç olmasa bir kitab istifadə edin. Bu, cihazın alt hissəsi ilə səth arasında boşluq yaradaraq, havanın sərbəst dövran etməsinə imkan verir.

Əlavə bonus - batareyanın ömrünün uzadılmasıdır. Yüksək temperatur litium-ion batareyalarının sürətli tənəzzülünə səbəb olur. Müntəzəm qızma zamanı onların tutumu artıq bir il ərzində 20–30 faiz azalır. Əgər noutbuk masada və ya dayaq üzərində istifadə olunursa, batareya üç il istifadədən sonra belə tutumunun 80 faizini saxlayır.

Noutbukla yataqda işləyənlər üçün USB ilə işləyən soyuducu panellər mövcuddur - onlar yalnız qızmadan qorumaqla kifayətlənmir, həm də daxili soyuducuların yükünü azaldır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802

Oxşar yazılar