Noutbukunuzu məhv edən 5 vərdiş
01 yanvar 2026 19:54 (UTC +04:00)

Noutbukunuzu məhv edən 5 vərdiş

0

Əksər hallarda kompüterin yavaşlamasını onun ili ilə əlaqələndiririk. Lakin mütəxəssislər bildirir ki, çox vaxt istifadəçilər özləri diqqətsiz davranışları ilə cihazın “ömrünü” sürətlə qısaldırlar.

Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Bir çox istifadəçi noutbukla yataqda işləməyi sevir. Lakin yorğan, yastıq, hətta dizlər belə, adətən noutbukun alt hissəsində yerləşən havalandırma dəliklərini bağlayır. Hava dövranı olmadıqda ventilyatorlar maksimum rejimdə işləsə də, bu, cihazı qızmadan qoruya bilmir.

Daim yüksək temperatur termopastanın qurumasına və batareyanın sıradan çıxmasına səbəb olur. Nəticədə sistem ciddi şəkildə yavaşıyır və texniki problemlər yaranır.

Digər geniş yayılmış problem enerji adapterləri ilə bağlıdır. Model istehsaldan çıxarıldıqdan sonra orijinal adapter tapmaq çətinləşir. Kabelin bərk-bərk düyünlənərək yığılması isə daxili qırılmalara gətirib çıxarır. Qısaömürlü və keyfiyyətsiz alternativlər axtarmamaq üçün naqilləri boş halqalar şəklində yığmaq və stul ayaqlarından uzaq saxlamaq tövsiyə olunur.

Hətta noutbuk yalnız masa üzərində istifadə edilsə belə, tozun içinə dolmasının qarşısını almaq mümkün olmur. Ventilyatorlar zamanla tutulur, klaviaturada isə qırıntılar və yağ yığılır. Bu da düymələrin basılmasını çətinləşdirir.

Mütəxəssislər hər üç ayda bir sıxılmış hava ilə profilaktik təmizləmə aparmağı məsləhət görürlər. Bu sadə addım bahalı servis xərclərindən qorunmağa kömək edə bilər.

Daha hansı təhlükəli vərdişlər var?

Noutbuku bir küncündən qaldırmaq və ya qapağını yalnız bir tərəfdən açmaq menteşələrin sıradan çıxmasına səbəb ola bilər. Qeyri-bərabər yüklənmə mexanizmi zədələyir və ekran şleyfinin zədələnməsi nəticəsində görüntüdə titrəmə yarana bilər.

Bundan əlavə, noutbuku qoruyucu çanta olmadan bel çantasında daşımaq korpusda cızıqlar əmələ gətirir. Bu isə cihazın gələcəkdə satış dəyərini xeyli azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar