Onları almağa dəyməz:  Sürücülərin ən çox narazı olduğu  11 avtomobil
11 oktyabr 2025 17:28 (UTC +04:00)

Onları almağa dəyməz: Sürücülərin ən çox narazı olduğu 11 avtomobil

0

Birinci yeri tutan modeli sahiblərin yalnız 34 faizi tövsiyə edib.

Bəzi avtomobillər sahiblərini tamamilə məyus edəbilər. Bunun bir çox səbəbi var, o cümlədən aşağı etibarlılıq və keyfiyyətsiz yığım.

Lent.az bildirir ki, Consumer Reports sahiblərinin ən çox narazı olduğu avtomobilləri müəyyənləşdirib. Reytinqdə adi avtomobillər, krossoverlər və yolsuzluq avtomobilləri yer alıb.

Sahiblərinin ən çox narazı olduğu 11 avtomobil:

1. Jeep Grand Cherokee PHEV

2. Jeep Compass

3. Volkswagen Taos

4. Mazda CX-90 PHEV

5. Nissan Sentra

6. Toyota Corolla Cross

7. Mercedes-Benz C-Class

8. Infiniti QX60

9. Audi Q8 E-Tron

10. Nissan Altima

11. Audi Q4 E-Tron

Jeep Grand Cherokee PHEV hibrid avtomobili ən aşağı məmnunluq reytinqinə sahib olub. Sahiblərin yalnız 34 faizi bu avtomobili tövsiyə edəcəklərini bildirib.

Ekspertlər əsas problem kimi Jeep Grand Cherokee PHEV-in öz sinfi üçün nisbətən yüksək yanacaq sərfiyyatını göstəriblər. Bundan əlavə, daxili yanma mühərrikinin hibrid versiyası sırf yanma mühərriki modelindən xeyli bahadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 531

Oxşar yazılar