“Financial Times”ın əldə etdiyi sənədlərə görə, “OpenAI” 2026-2030-cu illər arasında süni intellekt infrastrukturu və hesablama resurslarına ümumilikdə 856 milyard dollar xərcləməyi planlaşdırır.
Lent.az xəbər verir ki, şirkət həmin dövrdə 840 milyard dollar gəlir əldə etməyi və 2030-cu ilədək illik gəlirini 350 milyard dollara çatdırmağı hədəfləyir. Bununla belə, proqnozlara əsasən, “OpenAI”nin 278 milyard dollarlıq maliyyə kəsiri yarana bilər.
Sənədlərə görə, şirkətin hazırkı xərcləmə tempi ilə mart ayında cəlb etdiyi 122 milyard dollarlıq vəsait 2028-ci ilə qədər tükənə bilər.
“OpenAI” hazırda 852 milyard dollar dəyərində qiymətləndirilir və 1,2 trilyon dollardan artıq qiymətləndirmə ilə yeni investisiya raundu üçün danışıqlar aparır.