Paltaryuyan 20 il işləyə bilər  - Barabana vaxtaşırı bu məhlulu  tökün
29 avqust 2026 16:02 (UTC +04:00)

Paltaryuyan 20 il işləyə bilər - Barabana vaxtaşırı bu məhlulu tökün

0

Paltaryuyan maşının uzun müddət problemsiz işləməsi üçün ona mütəmadi qulluq etmək vacibdir. Bu işdə ağ sirkədən istifadə etmək mümkündür.

Lent.az xəbər verir ki, zaman keçdikcə paltaryuyan maşının barabanında, yuyucu vasitə bölməsində və digər hissələrində deterjan qalıqları, kir, tük və nəmlik toplanır, bu isə xoşagəlməz qoxuya və cihazın işinin zəifləməsinə səbəb ola bilər.

Ağ sirkənin tərkibindəki turşu bəzi yuyucu vasitə qalıqlarının və əhəng çöküntülərinin həllinə kömək edir. Eyni zamanda maşının daxilində yaranan xoşagəlməz qoxuları azaltmaq mümkündür.

Paltaryuyan maşını təmizləmək üçün boş barabana və ya yuyucu vasitə bölməsinə 1-2 stəkan ağ sirkə tökmək və paltarsız tam yuma proqramını işə salmaq tövsiyə olunur. Proqram bitdikdən sonra maşının qapısı açıq saxlanmalıdır ki, içərisi tam qurusun.

Mütəxəssislər bu üsuldan ayda bir dəfədən çox istifadə etməməyi, daha yaxşısı isə 1-2 ayda bir tətbiq etməyi məsləhət görürlər. Bununla belə, sirkədən istifadə etməzdən əvvəl cihazın istehsalçısının təlimatını yoxlamaq vacibdir. Çünki bəzi istehsalçılar turşunun rezin hissələrə, şlanqlara və digər detallara zərər verə biləcəyini bildirirlər.

Ağ sirkədən bəzən paltar yumşaldıcısının əvəzinə də istifadə edilir. O, yuyucu vasitə qalıqlarını azaltmağa və bəzi parçaları yumşaltmağa kömək edə bilər. Lakin zərif, elastik lifli və xüsusi qulluq tələb edən geyimlər üçün bu üsul məsləhət görülmür.

Ən vacib xəbərdarlıq isə sirkəni xlor tərkibli ağardıcı ilə qarışdırmamaqdır. Bu maddələrin birləşməsi təhlükəli qazın yaranmasına səbəb ola bilər. Sirkə ilə qida sodasını eyni vaxtda maşına əlavə etmək də tövsiyə edilmir, çünki onlar reaksiyaya girərək bir-birinin təmizləmə təsirini azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar