“Porsche”nin təyyarə  ilə sınağı: sürücünün ölüm mübarizəsi -  FOTOLENT
28 iyul 2026 15:17 (UTC +04:00)

“Porsche”nin təyyarə ilə sınağı: sürücünün ölüm mübarizəsi - FOTOLENT

0

“Porsche” yeni elektrik “Cayenne” krossoverinin reklam kampaniyası çərçivəsində ABŞ-da yerləşən “Mojave Air and Space Port” aerodromunda qeyri-adi sürət sınağı keçirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, tədbirdə qanad açıqlığına görə dünyanın ən böyük təyyarəsi hesab olunan “Roc”dan istifadə edilib.

Avtomobil uçuş-enmə zolağında “Roc” təyyarəsinin ümumi qanadla birləşdirilən iki gövdəsi arasında hərəkət edib. Sınağın əsas çətinliyi avtomobillə təyyarə arasındakı məsafənin dəqiq qorunması olub.

Krossover həddindən artıq geri qaldıqda ümumi dartı qüvvəsi 1500 kilonyutondan çox olan altı mühərrikin reaktiv axınının təsirinə düşə bilərdi. Təyyarəyə həddindən artıq yaxınlaşmaq isə şassi ilə toqquşma riski yaradıb.

Sürətlənmə zamanı “Cayenne Electric” təxminən 269 kilometr/saat sürət yığıb. Bundan sonra təyyarənin pilotu avtomobilin yaxınlığında havaya qalxıb. Krossoveri “Porsche”nin zavod pilotu Patrik Lonq idarə edib.

Sınaq üçün “Cayenne Electric” modelinin ən güclü versiyası seçilib. İki elektrik mühərriki ilə təchiz olunan avtomobil 1156 at gücü və 1500 Nm fırlanma anı hasil edib.

Krossoverin 2645 kiloqramlıq çəkisi güclü hava axınlarının təsirinə baxmayaraq, avtomobilin yolda sabit qalmasına kömək edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar