Qadınlara görə  2026-cı ilin ən yaxşı avtomobili
14 yanvar 2026 16:23 (UTC +04:00)

Qadınlara görə 2026-cı ilin ən yaxşı avtomobili

0

Yalnız qadın avtomobil jurnalistlərindən ibarət olan “Women’s Worldwide Car of the Year” müsabiqəsinin münsiflər heyəti 2026-cı ilin altı kateqoriya üzrə finalçı siyahısını açıqlayıb.

Lent.az xəbər verir ki, bu modellərdən biri “İlin ən yaxşı avtomobili” titulunu qazanacaq və qalibin adı mart ayında elan ediləcək. Qeyd olunur ki, bütün qaliblər bu və ya digər şəkildə elektrikləşdirilmiş güc qurğusuna malikdir.

“Kompakt avtomobil” kateqoriyasında qalib Nissan Leaf olub. Münsiflər heyəti onu gündəlik istifadə üçün praktik elektromobil adlandırıb. “Ən yaxşı kompakt krossover” nominasiyasında da elektromobil qalib gəlib — Skoda Elroq. Bu model WLTP dövrü üzrə 500 km yürüş ehtiyatına və praktik interyerinə görə təriflənib.

İlin yeniliyi Mercedes-Benz CLA seçilib. Onun üstünlükləri kimi komforta və səs izolyasiyasına xüsusi diqqət yetirilməklə “zərif sürüş dinamikası” qeyd olunub. Avtomobil “premium seqmentə emosional və texnoloji baxımdan zəngin giriş nöqtəsi” kimi təsvir edilib.

“Ən yaxşı böyük krossover” adına elektrikli Hyundai Ioniq 9 layiq görülüb — ailəvi istirahət və uzun məsafəli səfərlər üçün rahatlığı vurğulanıb. “Ən yaxşı 4x4” kateqoriyasında qələbə benzin-elektrik güc qurğusuna malik çərçivəli Toyota 4Runner modelinə nəsib olub. Superkarlar arasında isə hibrid Lamborghini Temerario qalib gəlib.

Səsvermədə 54 ölkədən 84 qadın avtomobil jurnalisti iştirak edib. 2026 mükafatının uzun siyahısına 55 model daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar