Qatlana bilən Samsung Galaxy ilə bağlı YENİ XƏBƏR
28 fevral 2023 15:48 (UTC +04:00)

Qatlana bilən Samsung Galaxy ilə bağlı YENİ XƏBƏR

Samsung şirkəti yeni OneUI 5.1 istifadəçi interfeysini öz smartfonları arasında yaymağa davam edir.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Galaxy A23-ün ardınca yeni istifadəçi interfeysi həmçinin qatlana bilən Galaxy Flip smartfonunda da istifadəyə verilib. Proqram təminatı yenilənməsini ilk növbədə Galaxy Flip-in Avstraliyadakı istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın günlərdə OneUI 5.1 bu smartfonun digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq. OneUI 5.1 ilə yanaşı Galaxy Flip həmçinin Google şirkətinin bu aykı təhlükəsizlik yenilənməsini də əldə edib.

# 2412
avatar

Cavidan HUN

Oxşar yazılar