Samsung 2026-cı ilin ilk rübündə 65,4 milyon satış və 22% bazar payı ilə yenidən liderliyə yüksəlib.
Lent.az xəbər verir ki, bu yüksəlişdə “Galaxy S26” seriyasının uğuru əsas rol oynayıb.
“Apple” isə 60,4 milyon satışla ikinci yerə düşüb və 20% bazar payı əldə edib.
“Xiaomi” 33,8 milyon satışla üçüncü, OPPO dördüncü, Vivo isə beşinci yerdə qərarlaşıb.
Ümumi bazarda cüzi artım qeydə alınsa da, ekspertlər yaddaş çiplərinin bahalaşması səbəbilə ilin ikinci yarısında daralma ola biləcəyini bildirirlər.
