Samsungun son yeniləməsi ilə milyonlarla istifadəçiyə təsir edən əhəmiyyətli addım atıb.
Lent.az xəbər verir ki, şirkət 2021-ci ildə buraxılan flaqman Galaxy S21 seriyasını yeniləmə siyahısından tamamilə çıxarıb.
Galaxy S21, S21+ və S21 Ultra modelləri üçün beş illik dəstək müddəti bitdiyi üçün, bu modelləryeni Android versiyaları və ya təhlükəsizlik təminatları almayacaq.
Bu o deməkdir ki, cihazlar gələcək təhlükəsizlik təhdidlərinə və proqram təminatı zəifliklərinə qarşı həssas olacaqlar.
Dəyişikliklərin bir hissəsi olaraq, Galaxy S22 seriyası və S21 FE modelləri də aylıq yeniləmə cədvəlindən çıxarılaraq üç aylıq dövrə keçirilib.
Bu modellər üçün dəstəyin planlaşdırılan son tarixi 2027-ci ilin fevral ayıdır.