Samsungdan gözlənilməz addım: 10 illik telefonlar üçün yeniləmə yayımladı
30 iyun 2026 01:31 (UTC +04:00)

Samsungdan gözlənilməz addım: 10 illik telefonlar üçün yeniləmə yayımladı

0

Samsung 2017-ci ildə təqdim etdiyi “Galaxy S8”, “Galaxy S8+” və “Galaxy Note 8” modelləri üçün gözlənilmədən yeni proqram yeniləməsi buraxıb.

Lent.az xəbər verir ki, rəsmi dəstəyi illər əvvəl başa çatan bu smartfonlar ABŞ-da Verizon operatorunun istifadəçiləri üçün yenidən yenilənməyə başlayıb.

Yeniləmə yeni funksiyalar, Android versiyası və ya yeni interfeys gətirmir. O, yalnız sistemin sabitliyini və gündəlik istifadə zamanı performansını yaxşılaşdırmağa yönəlib.

Bununla belə, cihazlar hələ də 2021-ci ilin təhlükəsizlik yamaqlarından istifadə edir və yeni təhlükəsizlik yeniləmələri almır.

Samsungun bu addımı rəsmi dəstəyi bitmiş telefonlar üçün nadir hallarda görülən yeniləmələrdən biri hesab olunur və köhnə “Galaxy” modellərini ehtiyat və ya ikinci telefon kimi istifadə edənlər üçün istifadəni bir qədər rahatlaşdıracaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar