Samsung şirkəti 2020-ci ildə satışa çıxarılan “Galaxy Note 20” və “Note 20 Ultra” üçün proqram dəstəyini rəsmi olaraq dayandırdı.
Lent.az xəbər verir ki, bu telefonlar artıq təhlükəsizlik yeniləmələrini qəbul etməyəcək, bu da onları yeni kiber təhlükələrə qarşı həssas edəcək.
Buna görə hələ də “Galaxy Note 20” seriyalı telefondan istifadə edənlərə təhlükəsizlik riskləri səbəbindən yeni cihaza keçmələri düşünmələri tövsiyə olunur.