Şarjınız tez bitir? - Bu funksiya əksər telefonlarda aktivdirdir
26 avqust 2026 01:10 (UTC +04:00)

Şarjınız tez bitir? - Bu funksiya əksər telefonlarda aktivdirdir

0

Telefonunuzdan az istifadə etdiyiniz halda batareya sürətlə tükənirsə, buna arxa planda işləyən bəzi funksiyalar səbəb ola bilər.

Lent.az xəbər verir ki, telefonlar ətrafdakı “Wi-Fi” şəbəkələrini və “Bluetooth” cihazlarını davamlı olaraq skan edə bilir.

Bu funksiya ağıllı saat, qulaqcıq və digər cihazlarla bağlantını asanlaşdırsa da, batareyanın daha tez tükənməsinə səbəb olur.

Xüsusilə bildiriş panelindən “Wi-Fi” və “Bluetooth”u söndürmək bu skan funksiyalarını tam deaktiv etmir.

Bunun qarşısını almaq üçün “Parametrlər” → “Məkan” → “Məkan xidmətləri” bölməsindən “Wi-Fi skanı” və “Bluetooth skanı” seçimlərini deaktiv etmək mümkündür. Həmçinin tətbiqlərin arxa planda məkan məlumatlarına çıxış icazələri də yoxlanılmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar