Saturnun bu günə qədər ən dəqiq fotoları  yayılıb
31 mart 2026 02:41 (UTC +04:00)

Saturnun bu günə qədər ən dəqiq fotoları yayılıb

0

NASA-nın “James Webb və Hubble” teleskopları eyni vaxtda müşahidələr apararaq planetin ən geniş və detallı görüntülərini əldə ediblər.

Lent.az xəbər verir ki, fərqli dalğa uzunluqlarında aparılan bu müşahidələr Saturnun mürəkkəb atmosferi haqqında unikal məlumatlar təqdim edir.

“Hubble”ın görünən işıqda çəkdiyi şəkillər atmosferin zolaqlı quruluşunu göstərir, “Webb”in infraqırmızı görüntüləri isə dərin buludlardan yuxarı qatlara qədər müxtəlif səviyyələri üzə çıxarır. Bu da alimlərə Saturnun atmosferini sanki qat-qat araşdırmaq imkanı verir.

Yeni görüntülərdə uzunömürlü “zolaq dalğa” axınları, həmçinin 2010–2012-ci illərin “Böyük Bahar Fırtınası”nın izləri görünür. Şimal qütbündəki məşhur altıbucaqlı fırtına da aydın seçilir.

İnfraqırmızı görüntülərdə Saturnun buzdan ibarət halqaları çox parlaq görünür, daha geniş kadrlarda isə Titan daxil olmaqla altı böyük peyk də müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 173

Oxşar yazılar