Sabiq mühəndis Samsungun çip istehsalı ilə bağlı ticarət sirlərini Çinli rəqibinə 2 milyon dollara satdığına görə yeddi il azadlıqdan məhrum olunub.
Lent.az xəbər verir ki, Cənubi Koreya məhkəməsi çip istehsalı ilə bağlı vacib məlumatları sızdırdığına görə mühakimə olunan 56 yaşlı keçmiş Samsung işçisinə hökm oxuyub.
Təqsirləndirilən şəxs 10 nm DRAM istehsalında 600-dən çox ətraflı addımın qeydlərini əl ilə yazıb və onları Çin texnologiya şirkəti CXMT-yə ötürüb.
Bu vacib məlumatı sızdırmaq müqabilində mühəndis 2 milyon dollar, eləcə də səhm opsionları və müxtəlif müqavilə güzəştləri alıb.