SMART SİLAHLAR  satışa çıxarılır: Barmaq izi ilə... - FOTO
18 yanvar 2022 19:31 (UTC +04:00)

SMART SİLAHLAR satışa çıxarılır: Barmaq izi ilə... - FOTO

Bir neçə silah satışı ilə məşğul olan şirkətlər ilin sonunda smart silahları satışa çıxardacaqlarını açıqlayıblar. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “LodeStar Works”, “SmartGunz”, “Biofare” şirkətləri artıq öz məhsullarını təqdim etməyə başlayıb. 

Yeni texnologiyanın əsas özəlliyi  kənar şəxslərin ondan istifadə edə bilməməsidir. 

Bildirilir ki,  silahların bu sahəyə inteqrasiya edilməsi öz növbəsində bəzi bədbəxt hadisələrin qarşısını alacaq. 

“LodeStar Works” şirkəti 9 mm kalibrli silahına barmaq izi skanı əlavə olunub. Tapança “Bluetooth” vasitəsilə xüsusi tətbiqə qoşulur. Təhlükəsizliyin təmin olunması üçün onu işlətməyə görə rəqəmsal “PIN” kod daxil edilməlidir. 

Qeyd edək ki, belə silahlar həmçinin polislər üçün də faydalı olacaq. 


 

# 2982
avatar

Sevinc Fərid

Oxşar yazılar