Smartfon istifadə olunmadığı halda belə qızır: SƏBƏB
07 iyul 2026 10:43 (UTC +04:00)

Smartfon istifadə olunmadığı halda belə qızır: SƏBƏB

0

Bir çox smartfon sahibi cihazdan istifadə etmədiyi halda onun nəzərəçarpacaq dərəcədə qızdığını müşahidə edir.

Mütəxəssislərin sözlərinə görə, əksər hallarda bunun səbəbi nasazlıq deyil, arxa planda davam edən görünməz proseslərdir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlər ən geniş yayılmış səbəblərdən biri kimi  tətbiqlərin fon rejimində işləməsini göstərirlər. Ekran söndürülmüş olsa belə, bəzi proqramlar məlumat mübadiləsini davam etdirir, yeniləmələri yoxlayır və digər tapşırıqları yerinə yetirir. Bu isə prosessora əlavə yük salaraq cihazın isinməsinə səbəb olur.

Smartfon əməliyyat sistemi və ya tətbiqlər üçün avtomatik yeniləmələri quraşdırarkən də temperatur arta bilər.

Bu zaman cihaz daha çox hesablama resursundan istifadə etdiyinə görə korpusun isinməsi normal hesab olunur.

Mütəxəssislər qeyd edirlər ki, mobil rabitənin keyfiyyəti də mühüm rol oynayır. Smartfon zəif siqnal olan ərazidə olduqda şəbəkə ilə əlaqəni saxlamaq üçün daha çox enerji sərf edir. Bu isə həm cihazın qızmasına, həm də batareyanın daha sürətlə boşalmasına gətirib çıxarır.

Bundan başqa, eyni vaxtda çox sayda tətbiqin işləməsi və ya daxili yaddaşda boş yerin az olması da smartfonun əlavə resurslardan istifadə etməsinə səbəb olur. Nəticədə cihaz daha çox isinməyə başlayır.

Smartfonun temperaturuna xarici amillər də təsir göstərə bilər. Məsələn, cihazın uzun müddət birbaşa günəş şüaları altında qalması, uyğun olmayan qoruyucu kabdan istifadə edilməsi və ya zəif havalandırılan şəraitdə enerji yığması onun həddindən artıq isinməsinə səbəb ola bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar