Smartfonun dinlənildiyini  necə anlamaq olar?
29 may 2026 16:34 (UTC +04:00)

Smartfonun dinlənildiyini necə anlamaq olar?

0

Ekspertlər smartfonun işinə gizli müdaxilənin mümkün əlamətlərini açıqlayıb və təhlükəni vaxtında aşkar etməyə kömək edən sadə üsulları izah ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, kibertəhlükəsizlik üzrə mütəxəssislər smartfonun işinə icazəsiz müdaxilə oluna biləcəyini göstərən əsas əlamətləri sadalayıb və şəxsi məlumat sızması riskini azaltmaq yollarını izah ediblər.

Mümkün xəbərdarlıq əlamətləri arasında aşağıdakılar qeyd olunur:

•    Batareyanın enerji saxlamasının qəfil azalması; 

•    Smartfon istifadə edilmədiyi halda belə həddindən artıq isinməsi; 

•    Cihazın sürətinin və məhsuldarlığının azalması; 

•    Tez-tez öz-özünə yenidən başladılması. 

Bundan başqa, zəng zamanı qəribə səslər və ya küylər eşidilməsi, anlaşılmaz simvollardan ibarət SMS-lərin gəlməsi və mobil internet istifadəsinin qəfil artması da diqqət tələb edən siqnallar hesab olunur.

Mütəxəssislər zəng yönləndirmə parametrlərini xüsusi servis kodları vasitəsilə yoxlamağı tövsiyə edirlər. Bəzi kodlar zəng və mesajların başqa nömrəyə yönləndirilib-yönləndirilmədiyini müəyyən etməyə və lazım gəldikdə bu funksiyanı söndürməyə imkan verir.

Əlavə təhlükəsizlik üçün istifadəçilərə “rəqəmsal gigiyena” qaydalarına əməl etmək tövsiyə olunur:

•    Proqramları yalnız rəsmi və etibarlı mənbələrdən yükləmək; 

•    Şübhəli keçidlərə daxil olmamaq; 

•    Tətbiqlərin istədiyi icazələri diqqətlə yoxlamaq və nəzarətdə saxlamaq. 

Həmçinin gücləndirilmiş şifrələmə imkanlarına malik təhlükəsiz messencerlərdən istifadə etmək tövsiyə edilir.

Belə xidmətlər yazışmaların və zənglərin ələ keçirilməsini xeyli çətinləşdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar