Son statistika: Robotların sayı 5 milyonu keçdi
03 oktyabr 2026 03:47 (UTC +04:00)

Son statistika: Robotların sayı 5 milyonu keçdi

0

Dünyadakı fabriklərdə aktiv sənaye robotlarının sayı 2025-ci ildə 9 faiz artaraq 5 milyon 79 minə çatıb.

Lent.az xəbər verir ki, bu barədə Beynəlxalq Robototexnika Federasiyasının məlumatında bildirilib.

Təkcə ötən il fabriklərdə 600 mindən çox yeni robot quraşdırılıb. Çin sənaye robotlarının quraşdırılmasında dünya lideri olaraq qalır.

Mütəxəssislərin məlumatına görə, robotlardan xüsusilə avtomobil, elektronika və metal emalı sənayesində geniş istifadə olunur.

Sənaye müəssisələri istehsalın sürətləndirilməsi, məhsuldarlığın artırılması və insan əməyinin ağır və təhlükəli sahələrdə azaldılması üçün robot texnologiyalarına daha çox üstünlük verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar