Süni intellekt 100 min virus  AŞKARLADI
03 fevral 2022 22:18 (UTC +04:00)

Süni intellekt 100 min virus AŞKARLADI

Mütəxəssislər virusları aşkar edə bilən süni intellekt hazırlayıblar. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Serratus” adlı bu xüsusi platforma petabayt həcmli gen ardıcıllıqlarını analiz edərək virusları aşkar edə bilir. 

Aşkarlanan virusların çox hissəsi “SARS-CoV-2”, bir hissəsi “Hepatit D” tiplidir. 

Bu süni intellekt 2020-ci ildə Sankt-Peterburqdan olan mütəxəssislər tərəfindən yaradılıb. 

Qeyd edək ki, bu sistem təkcə COVİD-19 tipində olan virusları deyil, o cümlədən digər növ virusların aşkarlanmasında da istifadə edilir. 

Aşkar edilmiş 130.000 yeni virusun böyük hissəsi SARS-CoV-2-yə, bir hissəsi Hepatit D-yə, bir hissəsi isə digər növ RNT viruslara bənzəyir.

Alimlər Serratus adlı xüsusi platformanın köməyi ilə petabaytlarla həcmli genom ardıcıllıqlarını analiz edərək irimiqyaslı iş görüblər. Onların reallaşdırdıqları bu tədqiqat patogenlərin (canlı orqanizmdə patoloji vəziyyət yarada bilən istənilən mikroorqanizm) öncədən araşdırılmasına imkan verəcək.

Bu isə öz növbəsində gələcəkdə ola biləcək yeni virus epidemiyalarının nəticələrini yüngülləşdirməkdə yardımçı olacaq. İndiyənə kimi alimlər 13.500 ədəd RNT virus barəsində məlumata sahib idilər. Lakin beynəlxalq alimlər qrupu tərəfindən aparılmış tədqiqat nəticəsində bu göstərici 130.000 ədəd RNT virusa yüksəlib.

# 1926
avatar

Sevinc Fərid

Oxşar yazılar