Süni intellekt "bir gün istirahət etdi":  ChatGPT-da qlobal nasazlıq   baş verdi
04 fevral 2026 13:45 (UTC +04:00)

Süni intellekt "bir gün istirahət etdi": ChatGPT-da qlobal nasazlıq baş verdi

0

Dünyanın ən populyar süni intellekt əsaslı çat-botlarından biri olan ChatGPT-nin fəaliyyətində genişmiqyaslı qlobal nasazlıq qeydə alınıb. Dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər OpenAI şirkətinə məxsus alətlərə girişdə problemlər yaşadıqlarını bildirirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, internet resurslarının işini izləyən Downdetector xidmətinin məlumatına görə, son 24 saat ərzində nasazlıqla bağlı müraciətlərin sayı kəskin şəkildə artıb.

Qrafikdə şikayətlərin adi vaxtlarla müqayisədə xeyli yüksəldiyi, demək olar ki, şaquli pik yaratdığı müşahidə olunur.

Hansı xidmətlərdə problem var?

İstifadəçi rəylərinə əsasən, OpenAI ekosisteminin bir sıra əsas alətləri qeyri-sabit işləyir:

ChatGPT – sorğulara cavab vermir və ya xəta mesajı göstərir;

API – tərtibatçılar dil modellərinə çıxışda fasilələr olduğunu bildirirlər;

Digər xidmətlər – video generasiyası üçün Sora, şəkil yaradan DALL·E və məlumatların analizi alətləri də bəzən düzgün işləməyə bilər.

Bir çox istifadəçi xidmətlərdən yararlanmağa çalışarkən “daxili server xətası” bildirişi və ya bitməyən yüklənmə ekranı ilə qarşılaşır. OpenAI hazırda insidentin səbəblərini araşdırır, lakin xidmətlərin tam bərpası ilə bağlı hələlik dəqiq vaxt açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar