Süni intellekt insanların işini əlindən alır: TikTok 700 nəfəri işdən çıxardı
15 oktyabr 2024 04:06 (UTC +04:00)

Süni intellekt insanların işini əlindən alır: TikTok 700 nəfəri işdən çıxardı

TikTok süni intellektdən istifadə edərək Malayziyada 700 məzmun moderatorunu işdən çıxarıb.

Məşhur sosial media platforması TikTok məzmun moderasiyası proseslərində süni intellektin istifadəsini artırmaq qərarına gəlib.

Lent.az xəbər verir ki, bu qərar nəticəsində dünya üzrə yüzlərlə işçi ixtisar olunacaq. İşdən çıxarılmaların isə xüsusilə Malayziyadakı ofisə təsir edəcəyi bildirilir.

“Reuters”ə danışan mənbələr Malayziyada 700-dən çox insanın işdən çıxarıldığını bildirib. İşdən çıxarılmalar şirkətin məzmun moderasiyası əməliyyatlarında iştirak edən komandalara təsir edir.

TikTok, “Reuters”in suallarını cavablandıran bir bəyanatda işdən çıxarılmalarını təsdiqləyərək, moderasiya əməliyyatlarını təkmilləşdirmək üçün daha geniş planın bir hissəsi olaraq bir neçə yüz işçinin qlobal miqyasda işdən çıxarılacağının gözlənildiyini açıqlayıb.

TikTok süni intellektlə dəstəklənən məzmun moderasiyasına keçidlə bu prosesləri daha da səmərəli etməyi hədəfləyir.

TikTok-un ana şirkəti olan “ByteDance”ın dünyanın 200-dən çox şəhərində 110 mindən çox işçisi var.

Şirkət bu ilin əvvəlində gəlirlərini artırmaq üçün süni intellekt texnologiyalarına sərmayə qoyacağını açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5133
avatar

Oxşar yazılar