Telefonlar yeni prosessora keçəcək – Qiymətlər xeyli bahalaşacaq
22 may 2024 10:52 (UTC +04:00)

Telefonlar yeni prosessora keçəcək – Qiymətlər xeyli bahalaşacaq

Yaxın gələcəkdə yeni Snapdragon 8 Gen 4 prosessoruna keçidlə əlaqədar olaraq Android smartfonlarının qiymətləri bir xeyli arta bilər. 

Lent.az “Wccftech”a istinadən xəbər verir ki, Snapdragon 8 Gen 4 TSMC-nin ikinci nəsil 3nm prosesindən istifadə etməklə istehsal olunacaq. Bu texnoloji keçid cihazın məhsuldarlığında əhəmiyyətli artım vəd edir, həm də istehsal xərclərinin artmasına səbəb olur.

İnsayderlərin fikrincə, yeni çipin qiyməti “Qualcomm”un hazırkı flaqman platforması Snapdragon 8 Gen 3 ilə müqayisədə bir neçə dəfə baha olacaq. 

Snapdragon 8 Gen 4 əsasında ilk smartfonların payızda buraxılması planlaşdırılır. Onların arasında “Samsung Galaxy S25”, “OnePlus 13” və “Xiaomi 15” kimi məşhur brendlərin modelləri gözlənilir. 

Bu qiymət artımı xüsusilə qiymət-performans nisbətinə görə istifadəçilər arasında populyar olan əlverişli flaqman seqmentinə təsir göstərə bilər. 400-500 dollarlıq qiymət aralığında olan smartfonlar çox güman ki, yeni Snapdragon 8 Gen 4 prosessorunu təqdim edəcəklər.

Mütəxəssislərinin yeni “iPhone” modellərinin mümkün bahalaşması ilə bağlı proqnozlarını nəzərə alsaq, smartfon bazarında vəziyyət daha da mürəkkəbləşə bilər. “iPhone 15”in buraxılması ilə istehsal xərclərinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, “Apple” qiymətləri indiyə qədər eyni saxlayıb. Bununla belə, 2024-cü ildə şirkət çox güman ki, qiymət siyasətini yuxarıya doğru dəyişmək məcburiyyətində qalacaq.

Beləliklə, istifadəçilər həm Android smartfonları, həm də yeni “iPhone” modelləri üçün qiymətlərdə ciddi artım gözləyə bilərlər. Bu, istər-istəməz mobil cihaz bazarında dəyişikliklərə səbəb olacaq və istehlakçı seçiminə daha sərfəli həllərin xeyrinə təsir göstərə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4539
avatar

Sevinc Fərid

Oxşar yazılar