Telefonun yan düymələri  sadəcə səsi dəyişdirmir  - bu  4 funksiya sizi təəccübləndirəcək
22 aprel 2026 12:36 (UTC +04:00)

Telefonun yan düymələri sadəcə səsi dəyişdirmir - bu 4 funksiya sizi təəccübləndirəcək

0

Smartfonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, bir çox istifadəçi onların bütün imkanlarından xəbərdar deyil. Xüsusilə səs düymələri çox vaxt yalnız səs səviyyəsini tənzimləmək üçün istifadə olunur. Halbuki, mütəxəssislər bu düymələrin daha geniş funksiyalara malik olduğunu bildirirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər səs düymələrinin istifadəçilərin işini asanlaşdıra biləcək 4 gizli funksiyasını açıqlayıb.

Kamera üçün sürətli düymə

Ekrana toxunmadan foto çəkmək mümkündür. Sadəcə səs artırma və ya azaltma düyməsinə basmaq kifayətdir ki, telefon dərhal şəkil çəkir. Bu xüsusilə selfi və ya bir əllə çəkiliş zamanı daha rahatdır. Bəzi modellərdə düyməni uzun basılı saxlamaq video çəkilişini də başlada bilər.

Məcburi yenidən başladılma

Telefon donduqda və ya cavab vermədikdə səs düymələri köməyə gəlir. Məsələn, iPhone 8 və daha yeni modellərdə əvvəl səs artırma, sonra azaltma düyməsinə qısa basılır, daha sonra yan düymə basılı saxlanılaraq cihaz yenidən başladılır. Android cihazlarda isə (məsələn, Samsung smartfonlarında) adətən enerji düyməsi ilə səs azaltma düyməsini birlikdə bir neçə saniyə basmaq kifayətdir.

Face ID-ni tez deaktiv etmək

iPhone istifadəçiləri üçün təhlükəsizlik baxımından faydalı bir funksiya da mövcuddur. Yan düymə ilə səs artırma düyməsini eyni anda basdıqda cihaz fövqəladə rejimə keçir və Face ID deaktiv olunur. Bundan sonra telefonu açmaq üçün yalnız şifrə tələb olunur.

Qısa yol (hotkey) funksiyaları

Android cihazlarda imkanlar daha genişdir. Xüsusi tətbiqlər vasitəsilə (məsələn, Button Mapper kimi proqramlarla) səs düymələrinə əlavə funksiyalar təyin etmək mümkündür.

Bu düymələr vasitəsilə fənəri yandırmaq, tətbiq açmaq, ekran görüntüsü almaq və ya ekran yazısı başlatmaq olar. Hətta ikiqat və ya uzun basma kimi fərqli əmrlər də qurmaq mümkündür.

Mütəxəssislər qeyd edir ki, səs düymələri sadəcə səs tənzimləyicisi deyil, smartfon istifadəsini daha sürətli və rahat edən çoxfunksiyalı idarəetmə vasitəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar