Telefonunuzu niyə həmişə üzü aşağı  qoymalısınız? -  SƏBƏBİ
29 oktyabr 2025 10:57 (UTC +04:00)

Telefonunuzu niyə həmişə üzü aşağı qoymalısınız? - SƏBƏBİ

0

Smartfonlarımız həmişə yanımızdadır, elə öyrəşmişik ki, heç bir bildirişi və ya mesajı qaçırmamaq üçün ekran daim gözümüzün qarşısında olsun. Amma qəribə də olsa, bu sadə hərəkət telefonu ekranı yuxarı qoymaq bizi daha diqqətsiz, daha narahat edir və hətta cihazın özü üçün də zərərli ola bilər.

Lent.az xarici KİV-ə istinadla telefonu istifadə etmədiyiniz zaman ekranı üzü aşağı çevirməyə öyrəşmək üçün səbəbləri tqədim edir:

Daha az yayındırıcı amil

Ekran daim göz önündə olduqda, istənilən bildiriş dərhal diqqəti cəlb edir. Siz telefonu açmasanız belə, beyin buna reaksiyaya girir və, məsələn, söhbətdən yayınaraq smartfona keçmək çox asanlaşır.

Batareya daha uzun dayanır

Hər bir bildiriş ekranı bir neçə saniyəlik yandırır. Bu qorxulu səslənmir, amma gün ərzində belə “yanıb-sönmələr” onlarla və ya yüzlərlə olarsa, batareya nəzərəçarpacaq dərəcədə tez boşalır. Telefon ekranı aşağı olduqda, o, daxil olan bildirişlərə reaksiya vermir (bu funksiya demək olar ki, bütün müasir modellərdə var).

Tədqiqatlar göstərir ki, hətta söndürülmüş telefon belə, ekranı yuxarı vəziyyətdə masada olanda ünsiyyəti zəiflədir. İnsanlar bir-birinin gözünə daha az baxır və söhbətin məğzini tez-tez itirirlər.

Telefon məkanda “hakimiyyətini” itirir

Cihazlarımız biz onları istifadə etməsək belə, diqqətin mərkəzinə çevrilib. Onu ekranı aşağı qoyanda, artıq baxışların mərkəzi olmur və ətrafdakı insanlar, kitablar, yemək, musiqi və digər şeylər üçün sanki yer açılır.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 517

Oxşar yazılar