"Teleqram"da foto və videolarınızdan stiker yarada bilərsiniz
16 aprel 2024 15:53 (UTC +04:00)

"Teleqram"da foto və videolarınızdan stiker yarada bilərsiniz

“Telegram” tərtibatçıları  messencerlərinə istifadəsi asan stiker yaratmaq mümkün olan yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. 

Lent.az xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. 

Stikerlər yaratmaq üçün onlar olan bölməyə keçin və "+" üzərinə klikləyin. Sonra öz mətninizi, rəsminizi və ya “Telegram”da mövcud olan hər hansı animasiyalı stikerlər, emojilər və giflər əlavə edərək qalereyanızdan istənilən bir təsviri seçə bilərsiniz.

Fonu silmək və təsvirdən obyekti kəsmək, həmçinin şəklin bir hissəsini əl ilə silmək və bərpa etmək də mümkündür. Siz yazı əlavə edə və animasiyanı fərdiləşdirə də bilərsiniz.

Bundan başqa stiker paketlərinə adlar təyin və ya əhvalınıza uyğun hər hansı digər stiker əlavə etmək mümkündür. “Telegram” şəklin süni intellektlə təhlili əsasında bir neçə emoji təklif edəcək. Məsələn, pişik, it və ya avtomobil.


 

# 3363
avatar

Sevinc Fərid

Oxşar yazılar