TikTok uşaqların yaşını müəyyən edib  hesabını siləcək
20 yanvar 2026 04:17 (UTC +04:00)

TikTok uşaqların yaşını müəyyən edib hesabını siləcək

0

TikTok yaxın həftələrdə Avropada yeni yaş müəyyənləşdirmə sistemini istifadəyə verəcək.

Lent.az xəbər verir ki, sistem profil məlumatlarını, paylaşılan videoları və istifadəçi davranışlarını analiz edərək 13 yaşdan kiçik uşaqlara aid hesabları daha tez aşkar edib platformadan silməyi hədəfləyir.

Potensial olaraq azyaşlı hesablar əvvəlcə moderatorlar tərəfindən yoxlanılır. Bloklanan hesabların etiraz prosesində isə üz tanıma texnologiyası, kredit kartı yoxlaması və ya rəsmi sənədlərdən istifadə olunur.

TikTok bu texnologiyanı Avropa qanunlarına uyğun olaraq İrlandiya Məlumatların Qorunması Komissiyası ilə əməkdaşlıqla hazırladığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar