“Toyota Corolla” birinciliyi itirdi, ən çox satılan hansıdır?
25 mart 2024 16:03 (UTC +04:00)

“Toyota Corolla” birinciliyi itirdi, ən çox satılan hansıdır?

2023-cü ilin sonunda “Tesla Model Y” dünyada ən çox satılan avtomobil olub və 20 ildir ki, satışlarda dünya lideri olaraq qalan “Toyota Corolla”nı birinci mövqedən sıxışdırıb çıxarıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 2023-cü ildə “Tesla Model Y” satışları 51% artaraq 1,15 milyon avtomobilə çatıb. Amerikanın elektromobili ən çox satılan modellərin reytinqində üç pillə yüksəlib. İyirmi ildir liderliyini qoruyub saxlayan “Toyota Corolla” 1,13 milyon avtomobillə ikinci yerə düşüb. Ondan sonra “Toyota RAV4” krossoveri gəlir. İl ərzində dünyada bu modelin 934,9 min avtomobili satılıb.

Şimali Amerikada olduqca məşhur olan “Ford F-Series” pikapı 901,6 min avtomobil satışı ilə dördüncü yeri tutub. Ondan sonra “Honda CR-V”, “Chevrolet Silverado” və “Toyota Camry” gəlir.

# 11721
avatar

Oxşar yazılar