“WhatsApp”dan "iPhone" istifadəçiləri üçün yeni FUNKSİYA
26 mart 2024 19:36 (UTC +04:00)

“WhatsApp”dan "iPhone" istifadəçiləri üçün yeni FUNKSİYA

iOS əməliyyat sistemi əsasında qurulan cihazlar üçün “WhatsApp” messencerində videoları geri çəkməyə imkan verən yeni funksiya olacaq. Bu barədə WABetaInfo portalı yazır.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssislərin sözlərinə görə, “WhatsApp” tərtibatçıları videonun geri çəkilməsi variantını təqdim ediblər. Qeyd olunub ki, videonu geri çəkmək üçün ekranın kənarına iki dəfə toxunmaq lazımdır.

Mütəxəssislər vurğulayıblar ki, seçim bütün hesablar üçün mövcud olmaya bilər. Hazırda ondan iOS əsasında işləyən smartfon sahibləri istifadə edə bilərlər. 

Bildirilir ki, funksiya yaxın gələcəkdə bütün istifadəçilər üçün əlçatan olacaq.

# 2898
avatar

Oxşar yazılar