“X” mesajlaşma tətbiqini  istifadəyə verdi
28 aprel 2026 04:56 (UTC +04:00)

“X” mesajlaşma tətbiqini istifadəyə verdi

0

“X” platforması uzun müddətdir gözlənilən “XChat” adlı müstəqil mesajlaşma tətbiqini “iPhone” və “iPad” istifadəçiləri üçün istifadəyə verib.

Lent.az xəbər verir ki, reklamsız və tam şifrələnmiş olan tətbiqdə şəxsi mesajlaşma, qrup söhbətləri, fayl paylaşımı, səsli və görüntülü zəng funksiyaları mövcuddur.

Mesajlar PIN ilə qorunur, ekran görüntüsü cəhdləri barədə xəbərdarlıq edilir.

Hazırda tətbiq yalnız ABŞ “App Store”da iOS 26 və daha yeni cihazlar üçün əlçatandır, Android versiyasının çıxış tarixi isə hələ açıqlanmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar