“Xiaomi” 10 000 mAh batareyalı  ilk telefonunu təqdim etdi
01 sentyabr 2026 01:21 (UTC +04:00)

“Xiaomi” 10 000 mAh batareyalı ilk telefonunu təqdim etdi

0

“Xiaomi” 10 000 mAh tutumlu batareyaya malik ilk smartfonunu – Redmi Note 17 Pro Max 5G modelini təqdim edib.

Smartfon 100 Vt sürətli şarjı dəstəkləyir və şirkətin məlumatına görə, 20 dəqiqəlik şarj bir günlük istifadə üçün kifayət edir. 27 Vt gücündə naqilli əks şarj funksiyası da mövcuddur.

Cihaz 6,83 düymlük 1,5K ekran, 120 Hz yenilənmə tezliyi və Snapdragon 6 Gen 5 prosessoru ilə təchiz olunub. Əsas kamera 50 meqapikseldir və OIS dəstəyinə malikdir.

Redmi Note 17 Pro Max 5G IP66 və IP68 sertifikatlarına sahibdir. Telefon “Xiaomi”nin “HyperOS” 3 interfeysi ilə işləyir və süni intellekt funksiyalarını dəstəkləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 66

Oxşar yazılar