Xiaomi 18 Pro necə olacaq?  - Yeni flaqmanın əsas xüsusiyyətləri məlum olub
21 iyul 2026 17:12 (UTC +04:00)

Xiaomi 18 Pro necə olacaq? - Yeni flaqmanın əsas xüsusiyyətləri məlum olub

0

Hələ rəsmi təqdim olunmayan Xiaomi 18 Pro modeli ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Tanınmış insayder Digital Chat Station cihazın əsas texniki xüsusiyyətlərini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Xiaomi 18 Pro 6,4 düymlük ekran və bütün tərəflərdə ultra nazik çərçivələrlə təchiz olunacaq. Beləliklə, smartfon kompakt ölçüsünü qoruyaraq flaqman səviyyəli imkanlar təqdim edəcək.

200 meqapiksellik iki kamera

Ən böyük yenilik kamera sistemində olacaq. Bildirilir ki, cihaz LOFIC texnologiyasını dəstəkləyən SmartSens əsas sensoru və uzaq məsafədən çəkiliş üçün 200 meqapiksellik periskop teleobyektiv əldə edəcək. Bu kameraları 50 meqapiksellik ultra genişbucaqlı obyektiv tamamlayacaq. İnsayderin sözlərinə görə, sensorlardan biri xüsusilə böyük ölçüyə malik olacaq.

Snapdragon 8 Elite Gen 6 prosessoru

Smartfonun əsasını Qualcomm-un sentyabr ayında təqdim etməsi gözlənilən 2 nanometrlik Snapdragon 8 Elite Gen 6 prosessoru təşkil edəcək. Yeni model həmçinin 7000 mAs tutumlu silisium-karbon batareya ilə təchiz ediləcək. Batareya 100 vatt gücündə simli və simsiz sürətli enerji doldurmanı dəstəkləyəcək.

Süni intellekt üçün ayrıca düymə

Xiaomi 18 Pro əvvəlki modeldə olduğu kimi arxa tərəfdə yerləşən ikinci ekranı qoruyub saxlayacaq. Bundan başqa, cihazın yan hissəsində süni intellekt funksiyalarını idarə etmək üçün ayrıca düymənin yerləşdiriləcəyi bildirilir.

Nə vaxt təqdim olunacaq?

Məlumata əsasən, Xiaomi 18 Pro və Xiaomi 18 Pro Max modellərinin 2026-cı ilin sentyabrında təqdim ediləcəyi gözlənilir. Şayiələrə görə, əsas Xiaomi 18 modelinin təqdimatı isə 2027-ci ilə təxirə salına bilər. Qeyd edək ki, Xiaomi bu həftə 2026-cı ilin ən sərfəli smartfonlarından biri hesab edilən Redmi 17C modelini də təqdim edib. Smartfon 120 Hz yenilənmə tezliyinə malik ekran, 5160 mAs batareya və 3,5 mm qulaqlıq girişi ilə təchiz olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar