"Xiaomi"nin ilk elektromobilinin keyfiyyətli fotoları təqdim edilib
28 mart 2023 18:16 (UTC +04:00)

"Xiaomi"nin ilk elektromobilinin keyfiyyətli fotoları təqdim edilib

Çinli bloggerlərdən biri "Xiaomi" şirkətinin ilk elektromobilinin keyfiyyətli render fotolarını təqdim edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təqdim edilmiş render fotolar elektromobil barəsində daha öncə ortaya çıxmış məlumat sızıntıları əsasında hazırlanıb. Bununla belə render fotolarda elektromobil hər tərəfdən sərgilənib.

Bu render fotolar bir növ reklam xarakterli tizer fotoları imitasiya edirlər və onlarda əsas diqqət elektromobilin gövdəsinə ayrılıb. Render fotolarda həmçinin elektromobilin yuxarı hissəsindəki LiDAR skaneri, panoram tavanı və orijinal arxa faraları görmək olar. "Xiaomi" öz ilk elektromobilini hələ təqdim etməyib. Onun bu ilin sonuna kimi təqdim ediləcəyi gözlənilir. Elektromobilin kütləvi istehsalına gələn il start veriləcək və gələn il də satışa çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2157
avatar

Cavidan HUN

Oxşar yazılar