“YouTube” illər əvvəl sildiyi bir funksiyanı  geri qaytarır
21 noyabr 2025 05:56 (UTC +04:00)

“YouTube” illər əvvəl sildiyi bir funksiyanı geri qaytarır

0

“YouTube”, təxminən altı il əvvəl sildiyi birbaşa mesajlaşma funksiyasını geri qaytarmaq üçün yeni bir sınaq mərhələsinə başladığını açıqlayıb.

Lent.az xəbər verir ki, şirkət, platformada mesajlaşmanın ən çox tələb olunan xüsusiyyət olduğunu bildirdi.

“YouTube”un dəstək səhifəsində dərc edilən bir elanda şirkət, hələlik bu funksiyanı birbaşa mesajlaşma adlandırmasa da, istifadəçilərin sevimli videolarını paylaşa və eyni tətbiqdə söhbət edə biləcəklərini bildirib.

Yeni mesajlaşma funksiyası hazırda yalnız İrlandiya və Polşada mövcuddur.

18 yaş və yuxarı istifadəçilər sınaq dövründə yeni funksiyanı sınaqdan keçirə biləcəklər.

“YouTube”, rəylərə əsasən onu qlobal miqyasda tətbiq edib-etməmək barədə daha sonra qərar verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar