“YouTube” milyonlarla istifadəçinin videoları sürətləndirmək və ya yavaşlatmaq üçün istifadə etdiyi “sürət” xüsusiyyətini pullu xidmətə çevirməyi təcrübədən keçirir.
Lent.az xəbər verir ki, şirkət bu populyar xüsusiyyəti Premium abunə paketinə daxil etmək niyyətindədir.
Məlumata görə, “YouTube”, istifadəçiləri iki qrupa ayırıb: xüsusiyyətin pulsuz qaldığı A qrupu və oxutma sürətinin idarə edilməsinin Premium abunə tələbləri ilə əlaqəli olduğu B qrupu.
Aparılan təcrübələr effekt versə oxutma sürətinə nəzarət də reklamsız izləmə, yükləmə və arxa fonda oxutma kimi üstünlüklər təklif edən Premium paketə əlavə ediləcək.