"YouTube"un yeni sərt qaydaları:  Kimlər hesablarını  itirəcək?
08 dekabr 2025 16:37 (UTC +04:00)

"YouTube"un yeni sərt qaydaları: Kimlər hesablarını itirəcək?

0

Google və YouTube Avstraliya istifadəçilərinə yeni qanunla bağlı xəbərdarlıq edib. İlk dəfə olaraq ölkədə sosial şəbəkə hesablarının 16 yaşdan aşağı uşaqlar tərəfindən idarə edilməsinə məhdudiyyət qoyulur. Yaxın günlərdə YouTube bu yaş qrupuna aid bütün hesabları bloklamağa başlayacaq.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu qərar uzun müddət davam edən Avstraliya hökuməti ilə texnologiya nəhəngi arasındakı qarşıdurmanın nəticəsi olub.

Əvvəlcə YouTube təhsil yönümlü platforma kimi qanuna daxil edilməmişdi, lakin sonradan o da nəzarət olunan xidmətlər siyahısına salındı. Yeni qanun digər ölkələr tərəfindən də izlənilir və oxşar məhdudiyyətlərin tətbiqi müzakirə olunur.

Qaydalara əməl etməyən platformaları təxminən 32,5 milyon ABŞ dolları  qədər cərimə gözləyir. Meta (Facebook və Instagram), TikTok və Snap (Snapchat) artıq qanuna riayət edəcəklərini təsdiqləyiblər.

YouTube qərara tabe olsa da, şirkət məhdudiyyətlərin uşaqları daha təhlükəsiz etməyəcəyini bildirib. Platformanın fikrincə, bu addım əksinə, avstraliyalı istifadəçiləri daha az qorunmuş vəziyyətə sala bilər.

Dekabrın 10-dan etibarən 16 yaşdan aşağı istifadəçilərin bütün hesabları avtomatik deaktiv ediləcək. Bu uşaqlar artıq kanallara abunə ola, bəyənmə verə, şərh yaza və öz videolarını paylaşa bilməyəcəklər. Lakin hesab daxil olmadan video izləmək mümkün olacaq.

YouTube valideynlərə məlumat məktubu göndərərək bildirib ki, “valideyn nəzarəti yalnız uşağın hesaba daxil olması halında işləyir” və əvvəlki təhlükəsizlik parametrlərinin artıq keçərli olmayacağını vurğulayıb. Şirkət yaş yoxlamasının necə aparılacağı barədə isə açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar