Bal ayında səyahət üçün  ən yaxşı yerlər - SİYAHI
27 oktyabr 2025 13:27 (UTC +04:00)

Bal ayında səyahət üçün ən yaxşı yerlər - SİYAHI

0

Lonely Planet hər il oktyabr ayında növbəti ildə səyahətçilərin diqqət etməli olduğu yerləri açıqlayır. 2026-cı il üçün seçilən 25 möhtəşəm istiqamət arasında birinci yeri Cənubi Amerikanın rəngarəng və qədim tarixli ölkəsi Peru tutub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Peru həm qədim inka irsini, həm də müasir inkişafını paralel şəkildə qoruyan nadir məkanlardan biridir.

Ölkədə son illərdə infrastruktur sürətlə yenilənib, paytaxt Lima və macəra mərkəzi sayılan Uarasedə yeni hava limanları, eləcə də inka imperiyasının paytaxtı olmuş Kuskoya yaxın yeni hava limanının açılması səyahəti xeyli rahatlaşdırıb.

Bununla yanaşı, Perunun ən məşhur abidəsi  Maçu Pikçu turist axınını balanslaşdırmaq məqsədilə 10 yürüş marşrutunu birləşdirən 3 yeni dövri tur proqramı tətbiq edib. Səyahətçilər artıq daha az tanınan, lakin tarixi baxımdan zəngin yerlərə, məsələn, Çokekirao xarabalıqlarına və ya Andlarda uzanan qədim Kapaq-Nyan daş yolları boyunca yürüş etməyə üstünlük verirlər.

Ekspertlər həmçinin Perunun sürətlə inkişaf edən qastronomiyasına xüsusi diqqət yetirir və Limanı “dünyanın yeni kulinariya paytaxtlarından biri” adlandırırlar.

"Lonely Planet"ə görə 2026-cı ildə səyahət üçün 25 ən yaxşı məkan:

Peru - Cənubi Amerika

Caffna - Şri-Lanka

Men ştatı - ABŞ

Kadis - İspaniya

Reünyon - Afrika

Botsvana - Afrika

Kartahena - Kolumbiya

Finlandiya

Tippereri - İrlandiya

Mexiko - Meksika

Ketsaltenango - Qvatemala

Britaniya Kolumbiyası - Kanada

Sardiniya - İtaliya

Liberdadi, San-Paulu - Braziliya

Utrext - Niderland

Barbados - Karib hövzəsi

Çecjudo - Cənubi Koreya

Şimali ada - Yeni Zelandiya

Teodor Ruzvelt Milli Parkı - Şimali Dakota (ABŞ)

Kuinyon - Vyetnam

Səmreap - Kamboca

Pxuket - Tailand

İkra-Flinders silsiləsi və Autbek - Avstraliya

Tunis - Afrika

Solomon Adaları - Okeaniya

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar