İspaniyada 11 dollara  harada yemək və şərab içmək olar?
17 oktyabr 2025 16:52 (UTC +04:00)

İspaniyada 11 dollara harada yemək və şərab içmək olar?

0

Turistlər üçün İspaniyada münasib qiymətə yemək və yerli mətbəxin dadını çıxarmaq mümkündür. Bəzi şəhərlərdə bir dəfəlik yemək cəmi 4 dollara, şərabla birlikdə isə 11 dollara başa gələ bilər. 

Lent.az bu şəhərləri təqdim edir:

1. Albox
Bu kiçik ispan şəhəri ölkədə ən ucuz yemək yerlərindən biri hesab olunur. Burada bir butulka şərabın qiyməti cəmi bir neçə dollardır, iki nəfərlik yemək isə təxminən 26 dollara başa gəlir.

2. Las-Palmas (Gran-Kanariya)
Populyar turizm istiqamətlərindən biri olan Las-Palmasda münasib qiymətə nahar 12-13 dollar, şərab isə təxminən 6 dollardır. Beləliklə, iki nəfərlik şam yeməyi şərabla birlikdə 40 dollara başa gəlir.

3. Qranada
Andalusiya bölgəsində yerləşən Qranadada orta hesabla yemək 15 dollar, bir butulka şərab isə 6 dollar civarındadır. Bu da iki nəfərlik axşam yeməyinin ümumi qiymətini 35 dollar edir.

Qastronomik cəlbedicilik

İspaniya mətbəxi dünyaca məşhurdur və turistləri öz unikal dadları və təzə məhsulları ilə cəlb edir. Qranadaya gələnlər mütləq “remohon granadino” adlı yerli yeməyi sınamalıdırlar bu yemək duzlu balıq, portağal, zeytun və yumurtadan hazırlanır. Bundan başqa, turistlər ölkənin müxtəlif bölgələrində kulinariya ustad dərslərinə, şərab zavodlarına baş çəkə və yerli ərzaq bazarlarında gəzişərək mədəni təcrübə toplaya bilərlər.

Artan maraq

Son üç ayda “İspaniyada ucuz yemək” axtarışlarının sayı 2381 faiz artıb. Bu, qastronomik turizmin nə qədər populyarlaşdığını göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar