Uşaqda 3 böyrək aşkarlandı
23 aprel 2025 16:56 (UTC +04:00)

Uşaqda 3 böyrək aşkarlandı

Əməliyyat uğurla keçib və oğlan uşağı cərrahi müdaxilədən sonra tədricən sağalır. İsraildə 6 yaşlı oğlan nadir əməliyyat keçirib.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, İsraildə həkimlər 6 yaşlı oğlan uşağına unikal bir əməliyyat keçiriblər. Uşaq bir neçə il qarın nahiyəsində səbəbi bilinməyən ağrılardan əziyyət çəkib. Əməliyyat zamanı həkimlər tamamilə gözlənilmədən onun bir yox, üç böyrəyinin olduğunu aşkar ediblər - onlardan ikisi bir-birinə bitişik olub. Uşaq kiçik yaşlarından etibarən vaxtaşırı qarın ağrılarından şikayət edib və bu ağrılar hər il daha da şiddətlənirib. Baxmayaraq ki, çoxsaylı tibbi müayinələr aparılıb, xəstəliyin səbəbini müəyyən etmək uzun müddət mümkün olmayıb.

Anası tibb bacısı olduğu üçün əlavə diaqnostikaya - o cümlədən MRT (maqnit-rezonans tomoqrafiyası) müayinəsinə israr edib. Həmin müayinədə böyrək nahiyəsində şübhəli bir törəmə görünüb. Uşaq Petah-Tikva şəhərində yerləşən “Şnayder” Uşaq Xəstəxanasına köçürülüb. Burada urolog David Ben-Meir əməliyyat aparmaq qərarına gəlib. Yalnız əməliyyat zamanı məlum olub ki, şiş kimi görünən törəmə əslində daha bir böyrəkdir - bu böyrək digər böyrəklə bitişmiş vəziyyətdə olub.

Üçüncü isə ayrıca, funksional böyrək olub. Doktor Ben-Meirin sözlərinə görə, bu cür anomaliya çox nadir haldır - dünyada belə hadisələr cəmi bir neçə dəfə qeydə alınıb. Belə bir xüsusiyyəti əməliyyatsız aşkar etmək demək olar ki, mümkün deyil.

Xatırladaq ki, daha əvvəl Meksikada spermanı robotla yeritməklə dünyaya gələn ilk uşaq haqqında xəbər yayılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1258

Oxşar yazılar