Oğurluq edən şəxs
24 sentyabr 2021 13:05 (UTC +04:00)

Oğurluq edən şəxs

Bakıda qazinin medalı və pulu oğurlandı - VİDEO

Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin “102" Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3750 manat, nişan üzüyü və 1 ədəd  Vətən Müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən “Xocavəndin azad olunmasına görə” medalının oğurlandığını bildirib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, məlumat daxil olan kimi Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini  əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Əliyev saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb. Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib. 

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.

Vətən müharibəsi qazisinin medalı oğurlandı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4460

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09