Yol polisindən qaçmaq istəyən sürücü
25 sentyabr 2021 10:44 (UTC +04:00)

Yol polisindən qaçmaq istəyən sürücü

Bakıda yol polisindən qaçmaq istəyən sürücü maşınları əzdi - VİDEO -YENİLƏNİB

Polisin “saxla” əmrinə tabe olmayan, digər avtomobillərə zərər vuran şəxs vətəndaşların köməyi ilə saxlanılaraq, aidiyyəti üzrə təhvil verilib. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, sentyabrın 24-də paytaxtda “Volkswagen” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10 yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.  
Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobil həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.
Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib. 
Hazırda istintaq hərəkətləri davam etdirilir. 
Digər vətəndaşların avtomobillərinə dəyən ziyanla bağlı müraciətləri istintaq matreriallarına əlavə edilir.

***

Saat:10:04

Bakıda qayda pozan sürücü digər maşınları da vurub əzib.

Lent.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Qanunlara məhəl qoymayan "Volkswagen" markalı avtomobilin sürücüsü yol polisindən qaçmağa çalışıb. O, avtomobilinin qapılarını kilidləyib və tıxac olmasına rəğmən maşını irəli və geriyə hərəkət etdirib. Bu zaman isə yanaşı zolaqlarda olan digər nəqliyyat vasitələrini əzib.

Hadisə anının görüntülərini təqdim edirik:

Bakıda sürücü yol polisindən qaçarkən maşınları əzdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5254

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09