Bakıda avtomobil ana və oğlunu vuraraq, üstlərindən keçib.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb.
“Changan” markalı avtomobil piyada keçidində yolu keçən ana və azyaşlı oğlunu əzib. Ərazidə xidmət aparan yol polisi əməkdaşları dərhal yaxınlaşaraq, zərərçəkənləri xidməti avtomobillə xəstəxanaya çatdırıblar.
Görüntüləri təqdim edirik: