saxta vəsiqələr
04 oktyabr 2021 14:52 (UTC +04:00)

saxta vəsiqələr

Daha bir "reket jurnalist" rüşvət alarkən tutuldu - VİDEO

Abşeron rayonu Hökməli qəsəbəsində tibb işçisindən hədə-qorxu ilə pul tələb edən saxta jurnalist saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən tibb məntəqəsində işləyən şəxslərdən biri rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etdiyini bildirib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Qazax rayon sakini Saleh Hüseynov zərərçəkəndən 500 manat almaq istəyərkən saxlanılaraq Qobu Polis Bölməsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib. 

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt  ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Saleh Hüseynovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin  Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Daah bir jurnalist tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11561

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09