Dönər sifariş edəndə iki dəfə düşünün - Bu VİDEOdan sonra...
22 yanvar 2021 10:43 (UTC +04:00)

Dönər sifariş edəndə iki dəfə düşünün - Bu VİDEOdan sonra...

“TikTok”da paylaşdıqları video ilə məşhur olmaq istədilər, amma hazırladıqları dönərə görə izləyicilərin qəzəbinə gəldilər.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Anadoluda yaşayan iki dönərçi “TikTok”da əyləncə üçün video paylaşıb. Videoda onların dönər hazırladığı görüntülənir. Maska taxmadan, rəqs edərək hazırlayacaqları dönəri ağızlarına sürtdükləri də gözdən qaçmayıb.  

İzləyicilər arasında dönərin hazırlanma gigiyenası ilə bağlı müzakirələr aparılıb.

Həmin videonu təqdim edirik. Bundan sonra siz də dönər alanda iki dəfə düşünməli olacaqsınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9237
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar