Erməni qadın Azərbaycan Prezidentinə müraciət etdi  - VİDEO
09 avqust 2022 21:45 (UTC +04:00)

Erməni qadın Azərbaycan Prezidentinə müraciət etdi - VİDEO

Aqunik Abovyan adlı erməni qadın Azərbaycan Prezidenti İlham Əliyevə rus dilində müraciət ünvanlayıb. 

Lent.az APA TV-ə istinadən xəbər verir ki, o müraciətini sosial şəbəkə üzərindən paylaşıb. 

Abovyan müraciətində prezident İlham Əliyevdən Bakıya və Şuşada gəlməsi üçün icazə verməsini istəyib. 

Üstəlik islamı qəbul etdiyini deyən qadın Şuşada namaz qılmaq arzusunda da olduğunu bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur: 

“Çox hörmətli İlham Əliyev, səsimi eşidəcəksinizsə, sizdən çox xahiş edirəm. Mənim böyük arzum var. Arzum sizin üçün çox kiçik görünə bilər, amma bu mənim üçün çox böyükdür. İcazə verin Azərbaycana gəlim, gözəl şəhərinizi gəzim. İstəyirəm ki, yoldaşımın və dostlarımın vətənini görüm. Mənim bir arzum da var. Qarabağda, Şuşada olmaq, orada namaz qılmaq istəyirəm. Əgər bu mümkündürsə, çox xahiş edirəm icazə verəsiniz”. 

Xatırlayaq ki, bir neçə gün öncə Ermənistan vətəndaşı Vaqe Qanbaryan da Azərbaycan Prezidenti İlham Əliyevə video müraciət ünvanlamışdı. O isə müraciətində Azərbaycan vətəndaşlığını qəbul etmək, Bakıya gəlib yaxınları və dostları ilə görüşmək istədiyini, Xankəndidə yaşamaq istədiyini bildirmişdi. 

# 6504
avatar

Oxşar yazılar