AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin olunub.
Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.