Metroda vaqonların damında gəzən saxlanıldı - VİDEO
28 fevral 2024 13:30 (UTC +04:00)

Metroda vaqonların damında gəzən saxlanıldı - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərində polis əməkdaşları metroda vaqonların damına çıxan şəxsi saxlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb. Xəbər verilir ki, gənc oğlan Sokolniçeskaya xəttində vaqonun damına tullanıb və bu hərəkəti “ekstremal idman naminə” edib.

Həmin şəxsin şəxsiyyəti müəyyən edilib, onun 22 yaşlı paytaxt sakini olduğu məlum olub. O, saxlanılıb. Onun barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 11.17-ci maddəsi ilə inzibati cəza olaraq 2-4 min rubl (təxminən 36 manatdan 73 manatadək) arası cərimə təyin olunub.

# 3486
avatar

Oxşar yazılar