Pinqvin heyvanxanadan qaçdı, çimmək üçün 9 kilometr yol  getdi - Maraqlı VİDEO
31 iyul 2026 15:27 (UTC +04:00)

Pinqvin heyvanxanadan qaçdı, çimmək üçün 9 kilometr yol getdi - Maraqlı VİDEO

0

Hollandiyada bir pinqvin heyvanxanadan qaçaraq təxminən 9 kilometr məsafə qət edib və istidən sərinləmək üçün kanala girib.

Lent.az xarici mediaya istinadla bildirir ki, kanalda üzən pinqvini təsadüfi yoldan keçən şəxs görüb. O, dərhal zoopark əməkdaşlarına xəbər verib. Baxıcılar hadisə yerinə gələrək xüsusi tor vasitəsilə quşu sudan təhlükəsiz şəkildə çıxarıblar.

Zooparkın direktoru Con de Hun bildirib ki, müayinə zamanı pinqvinin sağlam olduğu müəyyən edilib.

Onun sözlərinə görə, gənc pinqvinlər olduqca maraqlı olurlar və ətraf mühiti araşdırmağa meyllidirlər.

“Bu yaş dövründə onlar ətrafı kəşf etmə mərhələsində olurlar”, – deyə direktor qeyd edib.

Məlum olub ki, pinqvin bir müddət zooparkdan kənarda təkbaşına qala bilib. Direktor hətta onun bu macəra zamanı balıq da tuta biləcəyini istisna etməyib.

Bununla belə, zoopark əməkdaşları bildiriblər ki, bu gəzinti pinqvin üçün təhlükəli nəticələnə bilərdi. Ən böyük risklər avtomobillər və insanlarla qarşılaşmaq idi. Hazırda mütəxəssislər pinqvinin qəfəsdən necə çıxdığını müəyyənləşdirməyə çalışırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar