Qubada uşaq bağçasını ilanlar basdı - VİDEO
08 iyun 2023 13:12 (UTC +04:00)

Qubada uşaq bağçasını ilanlar basdı - VİDEO

Qubada uşaq bağçası-körpələr evində ilanlar aşkarlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndində yerləşən 17 saylı uşaq bağçası-körpələr evində baş verib. Uşaq bağçası-körpələr evinin tavanında bir neçə ilan aşkar olunub.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov məsələ ilə bağlı məlumatlarının olduğunu və problemin həlli üçün müvafiq tədbirlərin görüldüyünü açıqlayıb: “Bir neçə gün öncə bağça rəhbərliyi və tərbiyəçilər ilan görüblər. Düşünürük ki, bu, mövsümlə bağlıdır. Dərhal tərəfimizdən aidiyyəti üzrə məlumat verilib. Bundan sonra Elm və Təhsil Nazirliyinin əsaslı tikinti və təchizat idarəsi tərəfindən uşaq bağçası-körpələr evi iki dəfə xüsusi dezinfeksiya olunub. Bundan sonra həmin ərazidə ilan müşahidə olunmayıb. Lakin valideynlərin narazılığını və narahatçılığını nəzərə alaraq bağçanın tavan və döşəməsinin əsaslı təmirinə qərar verilib. Artıq aidiyyəti üzrə tikinti idarə tərəfindən baxış keçirilib. Sabahdan artıq təmir işlərinə başlanılacaq”.

O, həmçinin deyib ki, həmin bina 1946-cı ildə inşa olunub. Binanın dam örtüyü dəyişdirilib və bir neçə dəfə əsaslı təmir işləri aparılıb. Növbəti illərdə bağça üçün yeni inzibati binanın tikintisi nəzərdə tutulur.

 

# 3156
avatar

Oxşar yazılar