Bakıda qısqanc qadın ərindən belə qisas aldı - VİDEO  - YENİLƏNİB
05 sentyabr 2026 16:17 (UTC +04:00)

Bakıda qısqanc qadın ərindən belə qisas aldı - VİDEO - YENİLƏNİB

0

Bakıda maşına zərbələr vuran qadın barəsində inzibati protokol tərtib olunub.

Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.

O bildirib ki, 34 yaşlı qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək polis şöbəsinə dəvət olunub:

"Onunla profilaktik-izahedici söhbət aparılıb, hərəkətlərinə hüquqi qiymət verilərək barəsində qanunvericiliyə uyğun inzibati protokol tərtib edilib.

Qeyd edək ki, qadının hərəkətləri ilə bağlı həyat yoldaşı tərəfindən polis orqanına hər hansı şikayət daxil olmayıb.

Vətəndaşların ictimai qaydalara və qanunvericiliyin tələblərinə riayət etmələri, xüsusilə ailə-məişət münasibətlərində qarşı tərəfin hüquq və qanuni mənafelərinə hörmətlə yanaşmaları tövsiyə olunur".

***
14:28

Bakıda qadın həyat yoldaşının avtomobilinə hücum çəkib.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qeyd olunur ki, qadın öz avtomobilini ərinin maşınına vurub. Sonra minik vasitəsindən düşərək həmin avtomobilə zərbələr endirib.

Hadisənin qısqanclıq səbəbilə baş verdiyi iddia olunur.

Məlumata görə, hadisəni törədən qadın ifadəsinin alınması üçün aidiyyəti üzrə polis orqanına dəvət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 644

Oxşar yazılar